Zelenski müharibə dövründə seçkilərin təşkili üçün əsas şərtləri açıqladı

Baş səhifə

Bakı. Trend:

Əgər iki aylıq atəşkəs təmin olunarsa, Ukrayna nəzəri baxımdan
seçkilər keçirə bilər.

Trend xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, tərəfdaşların əsas suala aydınlıq gətirməsi
vacibdir: məqsəd həqiqi seçkilərin təşkili, yoxsa onun vəzifədən
kənarlaşdırılmasıdır. Zelenskinin sözlərinə görə, Rusiya onun
dəyişdirilməsində maraqlıdır və bunun üçün ən sivil yol
seçkilərdir. Lakin o vurğulayıb ki, xalqın iradəsinə təsir
göstərmək mümkün deyil və vətəndaşlar kimlə yaşamaq istədiklərinə
özləri qərar verməlidirlər.




Prezident əlavə edib ki, əgər Vaşinqton Ukraynada sülhə nail
olunmasına töhfə verərsə, o zaman ABŞ tərəfindən irəli sürülən
müəyyən seçki təşəbbüslərinə mane olmayacaq.

Zelenski bildirib ki, iki aylıq atəşkəs əldə olunacağı təqdirdə,
müharibə şəraitində seçkilərin keçirilməsinə dair – hazırda nə
parlament, nə də cəmiyyət tərəfindən dəstəklənməyən – məsələdə
deputatlarla müzakirələr aparmaq və onları razı salmaq üçün əlindən
gələni edəcək. Bununla belə, o qeyd edib ki, hətta iki aylıq
atəşkəs belə müharibənin tam başa çatması anlamına gəlmir.

Dövlət başçısı həmçinin vurğulayıb ki, belə bir qərar üçün
vətəndaşlar sülh məsələsi ilə bağlı referendumda mövqelərini
bildirməli, parlament isə mövcud qanunvericiliyə müvafiq
dəyişikliklər etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir