
Bakı. Trend:
ABŞ Suriyada qalan hərbçilərini ölkədən çıxarmağa başlayıb.
Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.
Söhbət təxminən 1000 nəfər-ə yaxın amerikalı hərbçidən gedir.
Onların geri ölkədən çıxarılma prosesinin iki aya yaxın çəkəcəyi
güman edilir.
“The Wall Street Journal” hökumətdən olan mənbələrə istinadən
yazır ki, bu ABŞ və İran arasında gərginliyin artması ilə əlaqədar
deyil. ABŞ-nin hərbi kontingentini Suriyadan çıxaracağı barədə hələ
yanvar ayında söhbət gedirdi.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Suriyanın keçid dövrü
prezidenti Əhməd əş-Şəraa hökumətinə tabe olan ordu bir neçə
Amerika hərbi bazasını nəzarətə götürüb.

