Azərbaycan Rusiyadan xam neft və neft məhsulları idxalını azaldıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycana Rusiyadan 698,758 milyon ABŞ dolları
dəyərində 1,527 milyon ton bitumlu süxurlardan alınmış xam neft və
neft məhsulları idxal olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 207,8 milyon dollar və ya 22,9%, həcm baxımından isə
145,4 min ton və ya 8,7% azdır.




Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 4 ölkədən –
Qazaxıstan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı, İraq – 772,9 milyon ABŞ dolları dəyərində 1,664 milyon
ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal
edilib. Əvvəlki illə müqayisədə sözügedən məhsulların ölkəyə idxalı
dəyər ifadəsində 247,2 milyon ABŞ dolları və ya 24,2%, həcm
baxımından isə 205,1 min ton və yaxud da 11% azalıb.

Əlavə edək ki, bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın
21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon ton
bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac
edilib. 2024-cü illə müqayisədə sözügedən məhsulların dəyəri 2,4
milyard ABŞ dolları və ya 16,2%, həcmi isə 214,8 min ton və ya 0,9%
azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir