
Bakı. Trend:
Gecə saatlarında Ucar rayonu, Elman Əliyev adına Ənvər
Məmmədxanlı kənd ümumi orta məktəbinin otaqlarından birində yanğın
hadisəsi baş verib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Aran Regional
Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, məktəbin gözətçisi tərəfindən dərhal ilkin
tədbirlər görülərək yanğının qarşısının alınması istiqamətində
müdaxilə edilib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidmətinə məlumat verilib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri tərəfindən
yanğın qısa müddətdə söndürülüb və digər otaqlara yayılmasının
qarşısı alınıb.
Dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq
tədbirlərin icrasına başlanılıb. Hazırda aidiyyəti qurumlar
tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Təlim-tədris prosesi fasiləsiz şəkildə davam etdirilir.

