Nazirdən Zəngəzur mesajı: Gürcüstanı əvəz edə bilməz

Baş səhifə

Bəzi siyasətçilər Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən sui-istifadə etməyə və Gürcüstanın heç bir yolun əvəz edə bilməyəcəyi strateji rolunu kiçiltməyə çalışırlar.

Modern.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yeni yolun çəkilməsi region üçün faydalıdır və Tbilisi buna Gürcüstandan keçən marşrut uğrunda rəqabət kimi baxmır.

Nazir bildirib ki, “Yeni istiqamətlərin ortaya çıxmasına baxmayaraq, Gürcüstan qlobal geosiyasi xəritədə strateji əhəmiyyətini davamlı olaraq qoruyub saxlayır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir