Quba–Xəzəryanı regionunda perspektiv sahə üzrə saziş imzalanıb

Baş səhifə

SOCAR ilə Kanadanın “Gran Tierra Energy Inc.” şirkəti arasında Azərbaycan Respublikasının Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək “Gran Tierra Energy Inc.” 65% iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir