
Bakı. Trend:
2025-ci ildə Azərbaycana 7 ölkədən dəyəri 118,852 milyon ABŞ
dolları olan 138,6 min ton mühərrik benzinləri, tərkibində
qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox,
lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə dəyər baxımından 38,7
milyon ABŞ dolları və ya 48,3%, həcm ifadəsində isə 52,3 min ton və
ya 60,6% çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan iki ölkəyə –
Ermənistan və Gürcüstana dəyəri 3,566 milyon ABŞ dolları olan 5,4
min ton “Aİ-95” markalı benzin ixrac edilib.
Belə ki, 2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min ABŞ
dolları dəyərində 1 210 ton, Gürcüstana isə 2,777 milyon ABŞ
dolları dəyərində 4 196 ton “Aİ-95” markalı benzin ixrac
edilib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata
birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş
Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan
qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan
taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Bu ilin yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton yük (48
vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel
yanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil
benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
2025-ci ildə Azərbaycanın “Aİ-95” markalı benzin idxal etdiyi
ölkələr:
|
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (min ABŞ dolları) |
|
Belarus |
12052,5 |
9883,38 |
|
Rusiya |
74624,16 |
63918,19 |
|
Birləşmiş Ərəb Əmirlikləri |
24813,56 |
21607,88 |
|
Gürcüstan |
1499,08 |
1224,25 |
|
Bolqarıstan |
3457,7 |
2993,41 |
|
Rumıniya |
14282,93 |
12239,42 |
|
Yunanıstan |
7833,23 |
6985,29 |

