
Bakı. Trend:
Amerikalı repçi Lil Poppa (əsl adı Ceneries Mikel Uiler-red) 25
yaşında vəfat edib.
Trend bu barədə
Amerika KİV-ə istinadən xəbər verir.
Hələlik repçinin ölüm səbəbi açıqlanmır. Müğənni sonuncu “Out of
Town Bae” trekini təqdim etdikdən beş gün sonra dünyasını dəyişib.
Onun mart ayında Nyu-Orleanda (Luiziana ştatı) konserti
planlaşdırılmışdı.
Repçi ilə əməkdaşlıq edən “Great Day Records”un baş direktoru
Kerolayn Dias sənətçinin ölümü ilə bağlı xəbəri “faciə”
adlandırıb.
Lil Poppa 2018-ci ildə “Purple Hearts” albomunu buraxdıqdan
sonra məşhurluq qazanıb. Musiqiçi karyerası ərzində ondan çox albom
təqdim edib.

