
Bakı. Trend:
Fransa hakimiyyəti ölkənin qərbinə düşən rekord səviyyədə
yağıntı ilə əlaqədar yaşanan daşqınlarla əlaqədar fövqəladə
vəziyyət rejimi elan etmək niyyətindədir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastian
Lekornu açıqlama verib.
“Ölkənin qərbində baş verən daşqınlar tam səfərbərliyi tələb
edir. Təbii fəlakət statusunun tanınması prosedurlarına
başlanılıb”, – deyə o “X” hesabında yazıb.
Baş nazir qeyd edib ki, bu prosedur zərərçəkmiş kommunalara
kompensasiyaların rəsmiləşdirilməsi üçün zəruridir. O, ilk
müraciətlərin gələn həftə xüsusi komissiya tərəfindən nəzərdən
keçiriləcəyinə söz verib.
Qeyd edək ki, Fransada yağıntılar yanvarın ortalarından
başlayıb. Ölkədə ötən əsrin ortalarından bəri ən uzunmüddətli
yağıntı dövrü müşahidə olunur. Bəzi departamentlərdə fevralın
əvvəlindən yağıntıların miqdarı orta göstəriciləri üç dəfə
üstələyib.

