Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Nail Dənziyevin qalıqları Lerikdə dəfn edilib

Baş səhifə

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Lerik rayonunun Mastail kənd sakini 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın cənub bürosu xəbər verir ki, əvvəlcə şəhid hərbçi ilə Lerik rayonunun Mastail kəndində vida mərasimi keçirilib.

Dəfn mərasimində Lerik rayon ictimaiyyəti, şəhid ailələri və sakinlər iştirak edib.

Qeyd edək ki, Nail Dənziyev 18 yaşında vətənə borcunu yetirərkən itkin düşüb. 13.02.1997-ci ildə Nail Fail oğlu Dənziyevə şəhid statusu verilib. 1992-ci ilin sentyabrında Sırxavənd istiqamətində itkin düşən şəhid Nail Dənziyevin qalıqları 34 il sonra müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir