
Bakı. Trend:
Polşanın baş naziri Donald Tusk İranda olan Polşa vətəndaşlarını
ölkəni dərhal tərk etməyə çağırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Baş nazir bildirib ki, ABŞ-nin İrana potensial zərbələri
şəraitində heç kim təxliyə olunmaq imkanına zəmanət verə
bilməz.
“Mən mümkün hadisələrlə bağlı heç kəsi qorxutmaq istəmirəm, amma
mənim nə demək istədiyimi hamı başa düşür. Münaqişə ehtimalı
kifayət qədər realdır və bir neçə on saatdan sonra təxliyədən
söhbət belə gedə bilməyəcək”, – deyə Donald Tusk qeyd edib.

