
Bakı. Trend:
Ukrayna və NATO əməkdaşlığın genişləndirilməsi çərçivəsində
2026-cı ilin sonunadək qapalı informasiya mübadiləsi sistemini işə
salmağı planlaşdırır.
Trend xarici KİV-ə
istiandən xəbər verir ki, bu barədə NATO–Ukrayna Birgə Təhlil,
Hazırlıq və Təhsil Mərkəzində (JATEC) Ukraynanın baş nümayəndəsi
Valeriy Vişnevski bildirib.
“Bu, Ukrayna ilə NATO-nu möhkəm şəkildə birləşdirməli olan daha
bir alətin yaradılmasıdır. Söhbət məxfi informasiya mübadiləsi
sisteminin inkişafından gedir. Hazırda Ukrayna ilə NATO arasında
belə bir sistem mövcud deyil”, – yerli KİV-ə müsahibəsində
deyib.
Vişnevski əlavə edib ki, pilot layihənin cari ilin sonunadək işə
salınması planlaşdırılır.

