Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? – MƏBLƏĞ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin
işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş
müstəsna hallarda yol verilir.

İqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında
xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab
edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə
cəlb olunması yolverilməzdir.

İş vaxtından artıq işlərə yol verilən müstəsna
hallar

Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna
hallarda yol verilir:

  • dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii
    fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların
    nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan
    ən vacib işlərin görülməsinə;
  • su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və
    digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına
    səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq
    üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz
istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər
xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü
hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə
işçilərin işə cəlb olunması yolverilməzdir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının
ödənilməsi

Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimi
ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif
    maaşının iki mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd
    qiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində
    görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı
    məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından
    artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə
    maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə
başqa istirahət günü verilə bilər.




Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nə
qədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də mühasib
vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1 150
manat təşkil edir. Kamran beş günlük iş həftəsi üzrə işlədiyi üçün
şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət
günləridir. Yanvarın 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi
ilə Kamran 4 saat iş görüb.

Kamrana istirahət günü görülən işə görə aşağıdakı məbləğdə
ödəniş ediləcək:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayında aylıq iş
vaxtı norması 151 saat təşkil edir. Belə olan
halda Kamranın saatlıq tarif maaşı 7,6 manat
(1 150 / 151 =
7,6) edir.

Kamran yanvarın 18-də – bazar günü 4 saat iş
gördüyü üçün ona aylıq əmək haqqından əlavə olaraq
60,8 manat ((4 ×
7,6) × 2 = 60,8)
ödəniləcək.

Başqa bir nümunədə “ABC” MMC-də işləyən digər işçi Əhməd Kamran
kimi vaxtamuzd ödəmə sisteminə əsasən deyil, işəmuzd ödəmə sistemi
üzrə əmək haqqı alır.

Onda istirahət günündə gördüyü işə görə Əhmədə aşağıdakı
qaydada ödəniş ediləcək.

Məsələn, Əhməd də Kamran kimi beş günlük iş həftəsi üzrə
işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab
edilməyən istirahət günləridir. Əhməd karton qutular hazırlayır və
MMC hər qutuya görə Əhmədə 0,10 manat ödəyir.
Yanvar ayının 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə
Əhməd 4 saat iş görüb və bu zaman ümumilikdə
100 qutu hazırlayıb.

İş günlərində Əhməd hazırladığı 100 qutuya görə
10 manat (100 ×
0,10 = 10) aldığı halda,
istirahət günü iş gördüyü üçün ona 20 manat
((100 × 0,10) ×
2 = 20) əlavə ödəniş
ediləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir