“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib

Baş səhifə

Bakı.Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtda keçirilən
“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq
konfransın yekunlarına dair bəyanat qəbul edilib.

Trend-in məlumatına görə,
sənəddə qeyd olunur ki, konfrans iştirakçıları qlobal
bərabərsizliyin tarixi və struktur əsaslarını qəbul edir, xalqların
öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suveren
hüquqlarını dəstəklədiklərini bildirirlər.

Bəyanatda dekolonizasiyanın davamlı və prinsipial öhdəlik kimi
qiymətləndirildiyi vurğulanır, beynəlxalq həmrəylik prinsiplərinə
sadiqlik ifadə olunur. Eyni zamanda, iştirakçılar beynəlxalq
institutlarda islahatların aparılmasına, bərabərsizliklə
mübarizənin gücləndirilməsinə, elmi tədqiqatların və ictimai
dialoqun genişləndirilməsinə, eləcə də suverenliyə hörmətə
əsaslanan ədalətli tərəfdaşlıqların təşviqinə çağırış ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir