Paytaxtda qohumunun evindən 9 min manat oğurlayan şəxs saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Xətai rayonunda yerləşın evlərin birindən oğurluq edilib.
Zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9000
manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının
talandığını bildirib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.




Bildirilir ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və
oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum
olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir