Bu məhsulu Rusiyaya aparmayın – AZAL xəbərdarlıq etdi

Baş səhifə

Bakı.Trend:

Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi
yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci
maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu
bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə
bilər.

Trend xəbər
verir ki, bu barədə AZAL məlumat yayıb.




Məlumatda bildirilir ki, Rusiyaya səfər etməyi planlaşdıran
vətəndaşlardan üzərlik və oxşar bitkiləri özləri ilə aparmamaq,
səfərdən öncə mövcud qaydalarla diqqətlə tanış olmaq xahiş
olunur.

Qanunları əvvəlcədən bilmək sizi ciddi problemlərdən
qoruyar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir