
Bakı. Trend:
İsveç hökuməti Ukraynaya 12,9 milyard kron (1,42 milyard dollar)
həcmində yeni – sayca 21-ci hərbi yardım paketinin ayrılması barədə
qərar qəbul edib. Vəsait hava hücumundan müdafiə (HHM)
sistemlərinin gücləndirilməsinə yönəldiləcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol
Yönson mətbuat konfransında məlumat verib.
Məlumata görə, HHM-nin gücləndirilməsi zərurəti
təxirəsalınmazdır. İsveç həm kəmiyyət, həm də keyfiyyət baxımından
Ukraynaya ən böyük dəstək göstərən ölkələrdən biridir. Tədarük
etdiyimiz İsveç istehsalı sistemlər döyüş meydanında özünü çox
yaxşı göstərib.
Vəsait ilk növbədə hava zərbələrindən “limanları, yaşayış
məntəqələrini, elektrik stansiyalarını və hərbi hissələri” qoruya
bilən yeni qısa mənzilli HHM sisteminin alınmasına sərf
olunacaq.

