
Bakı. Trend:
Filippinin Neqros adasında Kanlaon vulkanı püskürüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, püskürmə 2 dəqiqə davam edib və vulkan
kraterindən səmaya 4,5 km yüksəkliyə qədər kül-daş təbəqəsə
qalxıb.
Vulkanın yaxın çevrəsində olan rayonda beş ballıq şkala ilə
ikinci dərəcəli xəbərdarlıq elan olunub. Yerli hökumət 4 kilometr
radiusda olan sakinləri və turistləri təhlükə zonasını tərk etməyə
çağırıb.
Kanlaon Filippinin ən iri fəal vulkanlarından biridir. O, milli
parkın ərazisində yerləşir və məşhur turizm məkanı hesab olunur.
Vulkanın hündürlüyü 2 465 metrdir, əsasının diametri isə 30
kilometrə çatır.

