“Ottava Konvensiyası” bitdikdən 48 saat ərzində sərhəd minalana bilər – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Polşa “Ottava Konvensiyası”ndan çıxacağı təqdirdə, təhlükə
yaranarsa 48 saat ərzində şərq sərhədi boyunca piyada əleyhinə
minalar yerləşdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald
Tusk mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, müqavilədən çıxış Polşaya zərurət
yaranacağı halda qısa müddətdə müdafiə tədbirləri görmək imkanı
yaradacaq.




Məlumata görə, Rusiyanın Norveç istisna olmaqla Avropadakı əksər
qonşuları piyada əleyhinə minaların istehsalı və istifadəsini
qadağan edən sənəddən çıxmaq istiqamətində addımlar atdığı bir
vaxtda, Polşa da təhlükəsizlik siyasətini sərtləşdirir. Rəsmi
Varşava Belarus və Rusiyanın Kalininqrad anklavı ilə sərhədlərin
qorunması məqsədilə minaların “Şərq Qalxanı” layihəsi çərçivəsində
yerləşdirilməsini planlaşdırır. Polşanın müqavilədən çıxma
prosesinə ötən ilin avqust ayında başlayıb. Altı aylıq prosedur 20
fevral 2026-cı ildə başa çatacaq və bundan sonra ölkə rəsmi olaraq
konvensiyadan çıxmış sayılacaq.

Qeyd edək ki, “Ottava Konvensiyası” rəsmi adı ilə “Piyada
Əleyhinə Minaların İstifadəsinin, Ehtiyatda Saxlanmasının,
İstehsalının və Transferinin Qadağan Edilməsi və Onların Məhv
Edilməsi haqqında Konvensiya”dır və 1997-ci ildə qəbul edilmiş
beynəlxalq müqavilədir. Sənəd piyada əleyhinə minaların
istifadəsini, istehsalını və saxlanmasını qadağan edir, həmçinin
mövcud ehtiyatların məhvini nəzərdə tutur.

Hazırda 160-dan çox ölkə konvensiyaya qoşulub. Lakin ABŞ, Rusiya
və Çin kimi bəzi böyük hərbi dövlətlər konvensiyaya qoşulmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir