S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

Baş səhifə

Bakı. Trend:

S&P Global Ratings beynəlxalq reytinq agentliyi PAŞA Bank-ın
uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B”
səviyyəsində təsdiqləyərək, reytinq proqnozunu “müsbət”ə
yüksəldib.

S&P Global Ratings-in qərarı ilə bağlı fikrini bölüşən PAŞA
Bank-ın Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, bu
addım bankın maliyyə dayanıqlığının və strateji inkişaf xəttinin
beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

“S&P Global Ratings tərəfindən proqnozumuzun ‘müsbət’ə
yüksəldilməsi bankın möhkəm maliyyə göstəricilərinin, ehtiyatlı
risk idarəçiliyinin və fəaliyyət göstərdiyimiz mühitin
dayanıqlığının təsdiqidir. Biz strateji prioritetlərimiz
çərçivəsində davamlı artımın, güclü kapitallaşmanın və yüksək
korporativ idarəetmə standartlarının qorunmasına sadiqik,” – deyə,
M. Süleymanov vurğulayıb.

O əlavə edib ki, Bank bundan sonra da uzunmüddətli dəyər
yaradılması, maliyyə dayanıqlığının möhkəmləndirilməsi və
səhmdarlar üçün etibarlı tərəfdaş mövqeyinin qorunması
istiqamətində fəaliyyətini davam etdirəcək.

PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı
korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta
biznes müştərilərinə investisiya bankçılığı, ticarətin
maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank
xidmətləri təqdim edir.




Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək
vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə
iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. PAŞA Bank
Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət
göstərir.

PAŞA Bank beynəlxalq maliyyə nəşri “International Investor
Magazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas
kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən
yaxşı KOS bankı” adına layiq görülüb.

Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi
töhfələrə görə “Euromoney”, “International Investor Magazine” və
“Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir
sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best
Private Banks 2025” titullarına layiq görülüb.

Eyni zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk
Azərbaycan bankı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir