Çinli kosmonavtlar çəkisizlik şəraitində pomidor yetişdirdi

Baş səhifə

Bakı. Trend:

Çin Kosmik Stansiyasının göyərtəsində növbəti bioloji
eksperiment uğurla başa çatıb

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, “Şençjou-21” missiyasının astronavtları
pomidor yetişdirib və artıq məhsul yığıblar.

Bunun üçün aeropon qurğudan istifadə olunub – bitkilər torpaqsız
böyüyüb, onların kökləri qida məhlulu ilə yuyulub, böyümə isə
xüsusi LED spektri ilə stimullaşdırılıb.




Pomidorlar aktiv inkişaf göstərib: zoğlar işığa doğru uzanıb,
çiçək tumurcuqları və meyvələr formalaşdırıb. Mütəxəssislərin
sözlərinə görə, eksperiment çəkisizlik şəraitində təzə tərəvəz əldə
etməyin mümkünlüyünü təsdiqləyib ki, bu da uzunmüddətli missiyalar
və gələcək Ay və Mars ekspedisiyaları üçün mühüm əhəmiyyət
daşıyır.

Aeropon texnologiyaları suya və məkana qənaət etməyə, həmçinin
qida maddələrinin tərkibini nəzarətdə saxlamağa imkan verir. Bu,
xüsusilə orbitdə qapalı ekosistemlər üçün aktualdır, çünki orada
hər bir resurs böyük əhəmiyyət kəsb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir