Vens: Siz əla liderlik nümayiş etdirdiniz

Baş səhifə

“Tərəfdaşlığınıza görə, xüsusən də keçən həftə görüşdüyüm Azərbaycan Prezidentinə və Ermənistan Baş nazirinə minnətdarıq”.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

“Sülhü mümkün etdiyiniz və əsl liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Silahları, ölümləri və dağıntıları kənara qoyub xalqınıza və rifaha sərmayə qoyduğunuz zaman bu, böyük işlərə yol açır. Buna görə, etdiyiniz işlərə görə hər ikinizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, siz əla liderlik nümayiş etdirdiniz”, – deyə Vens əlavə edib. (AZƏRTAC)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir