Xaçmazın Köhnə Xaçmaz kəndində səyyar qəbul keçirilib

Baş səhifə

Xaçmaz rayonunda növbəti səyyar qəbul Köhnə Xaçmaz kəndində
keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Köhnə Xaçmaz kəndində növbəti səyyar
qəbulunu keçirib.

Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba, Əzizli,
Gəncəli, Bəbəli və Müşkür kəndlərinin sakinləri iştirak
ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin qaz təchizatının bərpası, daxili yolların təmiri, yeni
subartezian quyusunun qazılması və Qudyalçayda sahilbərkitmə
işlərinin aparılması ilə bağlı müraciətlər səsləndiriblər.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir