“Nissan” ABŞ-də 643 minə yaxın avtomobilini geri çağırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Adminstrasiyası (NHTSA)
ABŞ-də ümumilikdə 642 698 ədəd “Rogue” model SUV avtomobilin geri
çağırıldığını açıqlayıb.

Trend bu
barədə xarici KİV-ə istinadla xəbər verir.

Bildirilir ki, geri çağırış mühərrik və sürət qutusunda yaranan
nasazlıqlar səbəbindən sürücülük gücünün itirilməsi riski ilə
əlaqədardır.




Tənzimləyici qurumun məlumatına görə, şirkət qaz paylayıcı
mexanizmdə (sürət qutusunun dişlilərində) mümkün sıradan çıxma
ehtimalı səbəbindən “Nissan” şirkəti 318 781 ədəd “Rogue” SUV-ni
geri çağırır.

Bundan əlavə, mühərrik zədələnməsi riski ilə əlaqədar daha 323
917 ədəd avtomobil geri çağırılacaq. Qeyd olunur ki, bu nasazlıq
isti mühərrik yağının axmasına səbəb ola bilər. Nəticədə mühərrikin
yanması və idarəetmə gücünün itirilməsi riski artır.

NHTSA bildirib ki, dilerlərə hər iki geri çağırış çərçivəsində
mühərrik idarəetmə proqram təminatının yenidən proqramlaşdırılması
və zərurət yaranarsa, nasaz komponentlərin dəyişdirilməsi tövsiyə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir