
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında
açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də
hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

