
Beyləqan. Trend:
Beyləqan rayonunda iri həcmli yanğın qeydə alınıb.
Trend-in yerli
müxbirinin məlumatına götə, güclü külək səbəbindən kolluq sahədə
alovlanan yanğın Eyvazalılar–Tatarlar kəndləri istiqamətində
yerləşən meşə zolağına yayılıb.
Hadisə ilə bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin
rayon üzrə yanğınsöndürmə briqadaları tam heyətlə göndərilib.
Yanğının miqyası böyük olduğuna görə, yaxın rayonlardan əlavə
qüvvələrin cəlb edilməsi də nəzərdə tutulur.
Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər davam
etdirilir.

