7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur – Hikmət Hacıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və
məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh
Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən
keçirilə bilər.

Trend xəbər verir
ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev özünün “X” sosial media hesabında yazıb.

Prezidentin köməkçisi, həmçinin qeyd edib: “Amma bir məsələyə
aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü
iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya
dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə
tutulmur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir