
Beyləqan. Trend:
Beyləqan rayonunda qeydə alınan yanğın bir neçə yaşayış
məntəqəsində internet bağlantısının dayanmasına səbəb olub.
Sakinlərin Trend-in yerli müxbirinə bildirdiyinə əsasən, drenaj
kanalları boyunca yerləşən kolluq sahədə alovlanma baş verib və
nəticədə həmin ərazidən keçən rabitə xətləri zədələnib.
Bu səbəbdən bir neçə kənddə internetin verilişində fasilə
yaranıb.

