
Bakı. Trend:
Sakit Okeanda, Rusiyanın Saxalin bölgəsindəki Şimali Kuril
adaları yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Saxalin filialından bildirilib.
Məlumata əsasən, Saxalin vaxtı ilə saat 09:31-də Sakit okeanda,
Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 117 km şərqdə 4,7
bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 57 km dərinlikə
yerləşib.

