
Bakı. Trend:
Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaların
siyahısını genişləndirib və Rusiya neftinin qiymət həddini əvvəllər
Avropa İttifaqı (Aİ) tərəfindən müəyyən edilmiş səviyyə olan 44,10
dollara endirib.
Trend-in
məlumatına görə, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyi
xəbər verib.
Nazirlik qeyd edib ki, 20 fevral 2026-cı il tarixindən etibarən
sanksiya siyahısına 23 fiziki şəxs, 13 müəssisə və 100 dəniz gəmisi
daxil edilib.
Həmçinin bildirilirdi ki, “Rusiya mənşəli xam neftin maksimum
qiymət səviyyəsi” barel üçün 47,60 dollardan 44,10 dollara
endiriləcək.

