
Bakı. Trend:
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19
fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan
9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat
verilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti
əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən
ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan
Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin
operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir.

