İnam Kərimov : Ötən il hakim korpusunun sayı ilk dəfə maksimum həddə yüksəlib

Baş səhifə

Ötən il hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib.

APA xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

Sədr bildirib ki, ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub:

“Bununla yanaşı, məhkəmələrin yüksək ixtisaslı kadrlarla təmin olunması istiqamətində işlər davam etdirilib. Şəffaf seçim mexanizmi əsasında 83 yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib.

Bu il isə hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək”.

O, əlavə edib ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib: “Belə ki, əlavə və dəyişikliklərlə birgə Ali Məhkəmə tərəfindən 10 Plenum qərarı, 2 kollegiya qərardadı qəbul edilib, 45 yekun məhkəmə qərarına 3 ulduz statusu verilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir