
Bakı. Trend:
Yaponiyanın Baş naziri Sanaye Takaiti mübahisəli ərazilərlə
bağlı prpblemləri həll etmək istədiyini və Rusiya ilə sülh
müqaviləsi bağlamaq niyyətində olduğunu bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdə olsa da Yaponiya
hökumətinin mövqeyi dəyişməz olaraq qalır: ərazi problemi həll
olunsun və sülh müqaviləsi bağlansın”, -deyə Takaiti bildirib.
Qeyd edək ki, Rusiya ilə Yaponiya arasında Cənubi Kuril
adalarının (Urup adası istisna olmaqla) mənsubiyyəti ilə bağlı
ərazi mübahisəsi İkinci Dünya müharibəsinin başa çatmasından bəri
hələ də tənzimlənməmiş qalır. Moskva bu ərazilər üzərində
suverenliyini qanuni hesab edir, Tokio isə onları Hokkaydo
prefekturasının tərkib hissəsi kimi göstərir.

