Türkiyədə danışılmış futbol matçları ilə bağlı əməliyyat – 30-dan çox saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyədə başda İstanbul olmaqla 9 vilayətdə danışılmış matçlar
və mərc oyunları ilə bağlı manipulasiyalarla əlaqədar genişmiqyaslı
əməliyyat keçirilib.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.

Rəhbərlik etdiyi futbol klubunun oyunlarına şübhəli hesab edilən
seçimlər üzrə mərc etdiyi müəyyən olunan şəxslərin saxlanılması
məqsədilə başda İstanbul olmaqla Adana, Ankara, Antalya, Denizli,
Giresun, İzmir, Konya və Muğla vilayətlərində müəyyən edilmiş
ünvanlara eyni vaxtda reydlər təşkil edilib.




Əlaqələndirilmiş əməliyyatlar nəticəsində 31 nəfər şübhəli şəxs
qismində saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı şübhəlilərə məxsus mobil
telefonlar, kompüterlər, xarici yaddaş qurğuları və USB daşıyıcılar
da daxil olmaqla bütün elektron avadanlıqların götürüldüyü
bildirilib.

Saxlanılan şəxslərin tam şəxsiyyəti və olduqları yerlə bağlı
ətraflı məlumat verilməyib, barələrində aparılan istintaqın davam
etdiyi qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir