Putin Lavrovun müavinini Türkiyəyə səfir təyin edib

Baş səhifə

Rusiya Türkiyəyə yeni səfir təyin edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edərək, Türkiyəyə səfir təyin edib.

Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin 27 mart tarixindən Rusiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, Rusiya XİN-də Yaxın Şərq və Şimali Afrika ölkələri ilə əlaqələri kurasiya edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir