
Bakı. Trend:
Amerikanın Los-Anceles şəhərində astrofizik Karl Qrillmayr (Carl
Grillmair-ing.) öz evinin önündə güllələnib.
Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.
Alim başqa planetlərdə suyun mövcudluğuna dair iddialı
araşdırmaları ilə tanınırdı.
Məlumata görə, polis artıq qətldə şübhəli bilinən bir nəfəri
saxlayıb. Ona qarşı adam öldürmə, avtomobil qarəti və evə basqın
ittihamları ilə cinayət işi açılıb.
Qeyd edək ki, alimin 67 yaşı var idi. O Kaliforniya Texnologiya
İnstitutunun elmi əməkdaşı olub. 2007-ci ildə Qrillmayr Günəş
sistemindən kənarda yerləşən planetlərin birində suyun mövcudluğuna
dair əlamətlərin olduğu barədə məqalə dərc etdirmişdi. Astrofizik
eyni zamanda NASA ilə əməkdaşlıq edib. O “Habbl” orbital teleskopu
ilə əldə olunan məlumatların təhlili ilə məşğul olub.

