
Bakı. Trend:
Cənubi Koreya Respublikasında yerləşdirilmiş ABŞ hərbi hava
qüvvələrinin (USFK) və Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) qırıcıları
arasında Sarı dəniz üzərində “qısa hava qarşıdurması” yaşanıb.
Trend bu barədə
Koreya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Pyontex şəhəri yaxınlığındakı Osan bazasından bir
neçə F-16 qırıcısı Sarı dənizin beynəlxalq sularında təlim uçuşu
həyata keçirib. Qırıcılar iki ölkənin hava hücumundan müdafiə (HHM)
tanıma zonaları arasında yerləşən akvatoriyada olarkən, Çinin həmin
əraziyə hərbi təyyarələr göndərdiyi bildirilir.
“Yonhap” agentliyi insidenti “qısa hava qarşıdurması” kimi
xarakterizə edir və vurğulayır ki, döyüş toqquşması baş verməyib,
atəş açılmayıb.
USFK rəhbərliyi planlaşdırılmış təlim uçuşu barədə Cənubi Koreya
hərbçilərini əvvəlcədən xəbərdar edib, lakin manevrlərin detalları,
o cümlədən uçuşun məqsədi açıqlanmayıb. Cənubi Koreya Müdafiə
Nazirliyi və USFK hadisənin detalları barədə məlumat verməyib.

