
Bakı. Trend:
Hüquq-mühafizə orqanlarının vahid rəqəmsal platformada
birləşməsi vacibdir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi
Elnur Musayev “Rəqəmsallaşma və süni intellektin tətbiqi” adlı
panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, cinayət təqibindən kənar icraatlar
idarəsində artıq rəqəmsal formada 130 növdə məlumat datası
formalaşıb:
“Azərbaycanda rəqəmsallaşma prosesi təbii keçid kimi baş verir.
Ümid edirəm ki, çox yaxın zamanda hüquq-mühafizə orqanlarının vahid
rəqəmsal platformada birləşməsi prosesi həyata keçiriləcək”.

