İtkin şəhid Qılman Hacıyev dəfn edildi

Baş səhifə

Bərdə. Trend:

Bərdədə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab
edilən şəhid Qılman Hacıyevlə vida mərasimi təşkil olunub.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, vida mərasimi Bərdə rayonunun
Kələntərli kəndində keçirilib.

Mərasimdə rayon sakinləri, şəhidin ailə üzvləri, Bərdə Rayon
İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları,
eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.




Mərasim başa çatdıqdan sonra şəhid kənd qəbiristanlığında dəfn
olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində
anadan olan Hidayət Vəliyev Birinci Qarabağ müharibəsində Vətən
uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü il fevralın 12-də
Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir