Moskvadakı QULAQ tarixi Muzeyi bağlanıb

Baş səhifə

Rusiya paytaxtındakı QULAQ tarixi Muzeyi bağlanıb.

APA-nın Moskva bürosu xəbər verir ki, həmin muzeyin yerinə “Böyük Vətən müharibəsi” (İkinci Dünya müharibəsi-red.) zamanı Sovet xalqının soyqırımı qurbanlarına həsr olunmuş Xatirə Muzeyi açılacaq.

“Moskvada Xatirə Muzeyi açılacaq. Bu, Sovet xalqının soyqırımı qurbanlarının xatirəsinə həsr olunacaq. Sərgi Böyük Vətən müharibəsi dövründə nasistlərin müharibə cinayətlərinin bütün mərhələlərini əhatə edəcək”, – deyə Qulaq Muzeyinin veb saytının əsas səhifəsindəki elanda bildirilib.

Moskva Şəhər Meriyası yeni muzeyin 2026-cı ildə açılacağını bəyan edib.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Qulaq tarixi Muzeyi texniki səbəblərə – yanğın təhlükəsizliyi pozuntularına görə qapılarını qeyri-müəyyən müddətə bağlayacağını açıqlayıb. Muzey bundan sonra fəaliyyətini bərpa etməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir