
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Meksikanın “Kovay Gardens” kurort
qəsəbəsinə, 5 Meksika vətəndaşına və 17 şirkətinə qarşı sanksiya
tətbiq edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Vaşinqtonun “qara siyahı”sına düşənlər dələduzluq sxemlərdə və
“Cártel de Jalisco Nueva Generación” narkokartelinin fəaliyyətində
iştirakda ittiham olunurlar.
Sanksiyalarıla bağlı məlumat departamentin rəsmi saytında
yerləşdirilib.
“ABŞ Meksikadakı “Kovay Gardens” kurortuna, “tamyşer” tipli
icarə (ilin müəyyən dövrlərində əmlaka sahiblik hüququ-red) üzrə
istirahət təklif edən kurorta, eləcə də fırıldaqçı sxemlərdə əli
olan beş Meksika vətəndaşına və 17 Meksika şirkətinə qarşı
sanksiyalar tətbiq edib”, – Dövlət Departamentindən bildirilib.
“Cártel de Jalisco Nueva Generación” 2025-ci ildə ABŞ-nin xarici
terror təşkilatlarının siyahısına daxil edilib. Dövlət
Departamentinin məlumatın görə, həmin şirkətlər və şəxslər ABŞ
vətəndaşlarına qarşı fırıldaqçılıq, eləcə də kartelin digər
cinayətlərində əli olan şəxslərdir.

