
Bakı. Trend:
Artıq sifariş edilmiş 35 ədəd “F-35” qırıcı-bombardmançıdan
əlavə ABŞ-dən bu tip təyyarələrin alınmasının davam etdirilməsi ilə
bağlı hazırda heç bir planımız yoxdur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin
bəyanatında deyilir.
Bildirilir ki, mümkün hərbi texnika alışlarına yalnız Bundestag
tərəfindən təsdiqləndikdən sonra münasibət bildirəcəklər.
Bundan əvvəl Qərb KİV-lərində Berlinin Fransa ilə birgə yeni
nəsil qırıcı təyyarənin yaradılması layihəsinin icrasında yaranmış
çətinliklər səbəbindən ABŞ-də daha çox “F-35” idxal etmək imkanını
nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.

