
Bakı. Trend:
Azərbaycan II Liqa təmsilçisi “Sheki City”nin yeni baş məşqçisi
bəlli olub.
Trend xəbər
verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu posta Firuddin Mövsümov gətirilib.
Razılaşmaya əsasən, 27 yaşlı mütəxəsislə mövsümün sonuna kimi
nəzərdə tutulan müqavilə imzalanıb.

