Sumqayıt, Qaradağ və Abşeronda su kəsiləcək

Baş səhifə

Bakı. Trend:

Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bəzi
hissələrində su kəsiləcək.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
(ADSEA) məlumat verilib.

Bildirilib ki, magistral su kəmərinin qəzalı hissəsinin
dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt
şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22 fevral
saat 22:00-dan 24 fevral gecə saatlarınadək suyun verilməsində
fasilə yaranacaq.




Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət
göstəriləcək.

“Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı
bildiririk”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir