Azərbaycan UNESCO-da büronun sədr müavini seçildi

Baş səhifə

2026-ci ilin 17–20 fevral tarixlərində UNESCO-nun
mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və
Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib.
Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi
Nümayəndəliyi təmsil olunub.

Trend-ə Daimi
Nümayəndəlikdən verilən məlumata görə, iclasın gündəliyinə uyğun
olaraq, 20 fevral tarixində Komitənin 20-ci sessiyası üçün Büronun
tərkibinə seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən,
Azərbaycan yekdilliklə Büronun sədr müavini vəzifəsinə seçilib.




Azərbaycanın bu mühüm vəzifəyə seçilməsi ölkəmizin mədəni
müxtəlifliyin qorunması və təşviqi, habelə UNESCO-nun müvafiq
konvensiyasının məqsəd və prinsiplərinin həyata keçirilməsinə
verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini
bir daha nümayiş etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir