Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 2,257 milyard kilovat-saat
(kVt/saat) elektrik enerjisi istehsal edilib.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci yanvar ayındakı göstərici
ilə müqayisədə 89,4 milyon kVt/saat və ya 3,8% azdır.




Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 2,187 milyard
kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da
2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 78,3 milyon
kVt/saat və ya 3,5% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar ayında
350,8 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər
göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 45,4 milyon manat təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir