
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər Əliyev
Mərkəzində vətəndaşları qəbul edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii
qaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektinin
qazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi,
mühafizə zonaları, sayğacların quraşdırılması, elektrik
təsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyə
görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik
qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər
məsələlərə dair müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə
araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar
verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə
keçirilmiş qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan 43
vətəndaş iştirak edib.

