Azərbaycanda təbii qaz hasilatı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 4,274 milyard kubmetr təbii
qaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
295 milyon kubmetr və ya 7,4 faiz çox olub.

Ötən ilin yanvar ayında təbii qaz hasilatı 3,979 milyard kubmetr
təşkil edib.




Hesabat dövründə 3,382 milyard kubmetr əmtəəlik təbii qaz hasil
olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon
kubmetr və ya 8,7 faiz çoxdur.

Ötən ilin yanvar ayında 3,112 milyard kubmetr əmtəəlik təbii qaz
hasil edilmişdi.

Ümumilikdə, hesabat ayında ölkənin mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq ayına nisbətən 2,4 faiz artıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,2 milyon ton,
əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir