
Azərbaycandan Ukraynaya enerji avadanlıqları göndərilib.
APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, müharibənin başlamasının ildönümü ərəfəsində Azərbaycandan 31 generator və avtomatik ehtiyat sistemləri göndərilir.
Diplomat qeyd edib ki, avadanlıqlar Ukrayna Fövqəladə Hallar Nazirliyinin bölmələrinə, Rusiya hücumlarından təsirlənən xəstəxanalara veriləcək və bölgələrin ehtiyacları üçün istifadə olunacaq.
Husyev enerji avadanlıqlarının göndərilməsinin Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən başladılan “Ukrayna üçün istilik” qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir.

