
Bakı. Trend:
Türkiyədə Şəxsi Məlumatların Qorunması Qurumunun (KVKK)
uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəkləri potensial
risklərdən qorunması məqsədilə “TikTok”, “Instagram”, “Facebook”,
“YouTube”, “X” və “Discord” platformaları ilə bağlı araşdırmaya
başlayıb.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
KVKK tərəfindən verilən açıqlamada qeyd olunub ki, uşaqların
sosial mediadan istifadəsi zamanı onların şəxsi məlumatlarının
qorunması və “uşağın ali mənafeyi” prinsipi çərçivəsində müvafiq
tədbirlər görülür.
Açıqlamada deyilir: “Uşaqların rəqəmsal mühitdə qarşılaşa
biləcəkləri potensial risklərdən qorunmasını təmin etmək məqsədilə
sosial media platformalarında uşaqların şəxsi məlumatlarının necə
emal edildiyi və hansı tədbirlərin görüldüyü məsələləri ilə bağlı
TikTok, Instagram, Facebook, YouTube, X və Discord platformaları
barəsində Şəxsi Məlumatların Qorunması Şurası tərəfindən öz
təşəbbüsü ilə araşdırma başlanmasına qərar verilmişdir”.
Bundan əvvəl ədliyyə naziri Akın Gürlek bildirib ki, bu il
qüvvəyə minməsi planlaşdırılan sosial şəbəkə tənzimləməsi ilə
hesablar üçün “şəxsiyyət və mobil telefon” təsdiqi tətbiq
ediləcək.
Nazir Gürlek qeyd edib ki, sözügedən tənzimləmə çərçivəsində 15
yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinin qarşısı
alınacaq.

